|
www.islamnuru.org
Qadının iffəti

Qadının gözəlliyini örtən, onu tərbiyəsiz və aludə insanların baxışlarından qoruyan örtük və ya hicab Qurandan qaynaqlanan ilahi bir göstərişdir. Hicabın ən gözəl nümunəsi həzrət Zəhra (s.ə) yadigarı olan çadra elm və tərəqqi üçün heç bir maneə törətmir. Əksinə, bir çox təhlükələrdən qoruyur. Çox qiymətli daş-qaş olan qadın ilahi hicab sandıqçasında olduğu müddətdə ərzində oğruların, qarətçilərin şərindən amanda qalır. Əgər gənc, gözəl simalar görünməzsə, həva-həvəs alovları, cinsi tələblər atəşi bir millətin paklığını, bir məmləkətin mənəviyyatını yıxmağa qalxmaz. Əgər gənc oğlanlar küçədə, bazarda, elm mərkəzlərində, idarələrdə və s. kimi ümumi obyektlərdə qız və qadınların gözəlliklərini müşahidə etməzlərsə, bu zaman pozğunluqlar, digərlərinin namusuna təcavüz, zina, homoseksualizm, ruhi xəstəliklər, tüfeylilik və digər bu kimi problemlərlə qarşılaşmaz, minlərlə istedad heyvani həyat qəbiristanlığına gömülməz. Bütün bunlara əsasən deməliyik ki, hicab və örtük qadın üçün vacibdir. Bunu inkar edən isə İslamın zəruri bir göstərişini, Quranda buyurulan bir əmri inkar etdiyi üçün kafir sayılır. Hicabı danan hər hansı bir gənc oğlan müsəlman qızla ailə qura bilməz. Çünki bu evlilik qanunsuz, onların arasında bağlanılan nikah batil, aralarındakı münasibət zina, övladları isə zinazadədir. Həmçinin, hicabı danan hər hansı bir qız gənc müsəlman oğlana ərə
axırıncı dəyişikliklər (26.01.12 16:31)
Ailə qurmağın əhəmiyyəti
İnsan zatən ictimai varlıqdır. İnsanların bu ali xüsusiyyətini aktuallaşdıran ilk yer ailədir. Ailə insan mədəniyyəti və
sivilizasiyası tarixində ən mühüm və əsaslı mərkəzdir. Bu müqəddəs ocaq insanın şəxsiyyət və ehtiramının, ruhi və fiziki sağlamlığının qorunması üçün düzgün qurulmalıdır. Cəmiyyətin davamı, insanların sağlam mühitdə yaşaması üçün ailə həyatının davamı zəruridir. Ailə izdivac nikahı və dərrakəli, fikri formalaşmış, ictimai qabiliyyəti olan bir qadın və kişinin birləşməsi ilə qurulur. Bu cütlük cəmiyyətin ən əsaslı mərkəzinin-ailənin təməlini qurur. İslam dinində izdivac və ailə qurmaqda əsas məqsəd ruhi rahatlığa çatmaq, inkişaf və tərəqqi yolunu adlamaq, insani kamala çatmaq və Allah-taalaya yaxınlaşmaqdır. Lakin şübhəsiz, təklikdən qurtulmaq, ailə sahibi olmaq, təbii cinsi tələbatları ödəmək, gəncliyin şən çağlarından bəhrələnmək, istiqlal qazanmaq, iffətli olub günahdan çəkinmək, nəsil artımı hər bir izdivacın zəruri nəticəsidir. Allah-taala Qurani-kərimdə buyurur: Rum, 21 Demək, yeni a
axırıncı dəyişikliklər (25.01.12 11:39)



